Reaktiv yaylım atəşi sistemlərindən atışlar icra olunub
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Raket və Artilleriya Qoşunlarının bölmələrində keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə nəzərdə tutulan tapşırıqları normativǝ uyğun yerinə yetiriblər.
Vətən müharibəsi və son əməliyyatlarda qazanılan təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr reaktiv yaylım atəşi sistemi və özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.
Döyüş atışlı taktiki təlimlərdə şərti düşmənin idarəetmə məntəqələrinin, canlı qüvvəsinin və digər hədəflərinin aşkar edilməsi, eləcə də müəyyən olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar peşəkarlıqla icra olunub.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
