Pleyeri seçin:

Rəqəmsal dərsliklər uşaqlar üçün faydalıdır, yoxsa riskli? - Baku TV

31 yanvar 2026 623 baxış

Deputat Ceyhun Məmmədov dərsliklərin rəqəmsallaşdırılması ilə bağlı təklif irəli sürüb. O bildirib ki, dərsliklərdə mövcud olan səhvlərin aradan qaldırılması və digər texniki məsələlərin elektron formatda həlli daha asan və səmərəlidir. Deputatın sözlərinə görə, bu yanaşma həm də xərclənən vəsait baxımından da daha sərfəlidir.

Vətəndaşlar isə məsələyə fərqli mövqedən yanaşırlar.

“Kitablar da lazımdır. Amma müasir dövr üçün rəqəmsal kitablar daha yaxşı metoddur”, – onlardan biri söyləyib.

Digər bir sakin isə qeyd edib: “Mən rəqəmsal kitabların əleyhinəyəm. Bu, uşaqlara zərər verir, onlarda tənbəllik yaradır”.

Ceyhun Məmmədov bildirib ki, hər il dövlət büdcəsindən milyonlarla manat yeni dərsliklərin nəşrinə ayrılır:

“Zaman keçdikcə bu dərsliklər yararsız hala düşür və yenidən çap olunması əlavə maliyyə vəsaiti tələb edir. Həmçinin dərsliklərdə səhv aşkarlandıqda onların yenidən nəşri də əlavə xərc yaradır. Bu sahədə əsas çətinliklər maliyyə yükü, dərsliklərin davamlı çapı və şagird çantalarının ağırlığı ilə bağlıdır”.

Elm və Təhsil Nazirliyindən isə qeyd edilib ki, ümumtəhsil pilləsi üzrə dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən etibarən mərhələli şəkildə başlanılıb:

“Hazırda ümumtəhsil pilləsinin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri www.e-derslik.edu.az portalında mövcuddur. Eyni zamanda dərsliklərin elektron versiyaları www.trims.edu.az saytında da yerləşdirilib”.

Vurğulanıb ki, bu dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür. Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri ilə zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.

Banner
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 623 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 623 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 623 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 623 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 623 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 623 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 623 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 623 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 623 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 623 baxış
Seçilmişlər
icon