Respublika Klinik Xəstəxanasında rentgen müayinə fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, agentlik tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilmiş planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq edilib.
Həmçinin nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib. Bununla belə, müəyyən olunmuş müddət ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı müəyyən olunub.
Qeyd olunanları, o cümlədən radioloji fəaliyyətlə bağlı aşkar edilmiş nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükəni nəzərə alaraq, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV
- FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV
