Pleyeri seçin:

“Respublikanski”nin təmirə bağlanması xəstələri çətinə saldı | Baş həkim nələri açıqladı?

28 noyabr 2024 789 baxış

Respublika Klinik Xəstəxanasının bir müddət əvvəl təmirə bağlanması xəstələri çətinə salıb.

Belə ki, təmir işləri ilə bağlı 6 şöbə Bilgəhdə yerləşən modul tipli xəstəxanaya köçürülüb və xəstələr həkim qəbulu üçün Bilgəhə üz tutmalı olurlar. Bu da vaxt itkisi, həm də əlavə maddi xərcə səbəb olur.

Nəzərə alsaq ki, Respublika Klinik Xəstəxanası Bilgəhə 25-30 kilometrlik məsafədə yerləşir, xəstəxanalar arasında get-gəldə qalan vətəndaşlar ən yaxşı halda 3-4 saatlarını yolda keçirməli olurlar. Üstəlik, Bilgəh modul xəstəxanasına avtobusların birbaşa getməməsi də əlavə gərginlik yaradır.

“Xəstəxananı 2-3 saata çətinliklə tapmışıq. Mən şəxsi avtomobilimlə gəlmişəm. Bura taksi ilə gəlmək üçün 20-25 manat lazımdır”, – pasiyent narazılıq bildirib.

Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanasının baş həkimi Sahib Hüseynov Baku TV-yə bildirib ki, Bilgəhdə xəstələrin qəbulu, müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb.

Pasiyentlər sadəcə KT və MRT müayinələrindən keçmək üçün digər səhiyyə ocaqlarına getməli olurlar.

Baş həkim onu da qeyd edib ki, TƏBİB rəhbərliyi məsələni nəzarətə götürüb və problemin həlli istiqamətində tezliklə müvafiq addımlar atılacaq.

Banner
Apteklərdə lisenziyasız müayinələr aşkarlanarsa, hansı tədbirlər görüləcək? - Baku TV CANLI

Apteklərdə lisenziyasız müayinələr aşkarlanarsa, hansı tədbirlər görüləcək? - Baku TV CANLI

Cəmiyyət
23 noyabr 2026 789 baxış
Ağır qəzanın təfərrüatları | Sifariş edilən ayıq sürücüdən niyə imtina edilib? - Baku TV

Ağır qəzanın təfərrüatları | Sifariş edilən ayıq sürücüdən niyə imtina edilib? - Baku TV

Cəmiyyət
23 noyabr 2026 789 baxış
Hava limanı yolunda dəyişiklik | Elektron tabloların götürülməsinə səbəb nədir? - ƏSAS XƏBƏR

Hava limanı yolunda dəyişiklik | Elektron tabloların götürülməsinə səbəb nədir? - ƏSAS XƏBƏR

Cəmiyyət
23 noyabr 2026 789 baxış
Azərbaycanda tibb ocaqlarında cihaz çatışmazlığı var? - AKTUAL GÜNDƏM

Azərbaycanda tibb ocaqlarında cihaz çatışmazlığı var? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 noyabr 2026 789 baxış
2027-ci ildən ailələrin uçotu dəyişir | Bu, vətəndaşlara necə təsir edəcək? - Baku TV

2027-ci ildən ailələrin uçotu dəyişir | Bu, vətəndaşlara necə təsir edəcək? - Baku TV

Cəmiyyət
23 noyabr 2026 789 baxış
Təhsil ocağı çirkab sularına qərq oldu

Təhsil ocağı çirkab sularına qərq oldu

Cəmiyyət
23 noyabr 2026 789 baxış
"Mənim bağımın içindən niyə yol çəkmisən?" | "Ləhiş bağları"nda qonşuların torpaq davası - Baku TV

"Mənim bağımın içindən niyə yol çəkmisən?" | "Ləhiş bağları"nda qonşuların torpaq davası - Baku TV

Cəmiyyət
23 noyabr 2026 789 baxış
Valideynləri narahat edən yol problemi nə vaxt həll olunacaq?

Valideynləri narahat edən yol problemi nə vaxt həll olunacaq?

Cəmiyyət
23 noyabr 2026 789 baxış
DİN-dən hava limanında sürücüləri çaşbaş salan vəziyyətlə bağlı açıqlama - Baku TV

DİN-dən hava limanında sürücüləri çaşbaş salan vəziyyətlə bağlı açıqlama - Baku TV

Cəmiyyət
23 noyabr 2026 789 baxış
"Mən o dibə düşməmişəm, çox şükür" | Müğənni finalda saçını niyə kəsmişdi? - QAPQARA

"Mən o dibə düşməmişəm, çox şükür" | Müğənni finalda saçını niyə kəsmişdi? - QAPQARA

Cəmiyyət
23 noyabr 2026 789 baxış
Seçilmişlər
icon