Pleyeri seçin:

Rusəsilli şəhidimiz Dmitriy Solnsev | Komandirindən öndə gedən qəhrəman

30 iyul 2024 158 baxış

Vətən müharibəsi şəhidi Dmitriy Solnsev Aleksandroviç haqqında reportaj efirə gedib.

Rusəsilli şəhidimiz – Dmitriy Solnsev Vətən müharibəsinə könüllü olaraq qatılıb. O, İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 25-də şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin bacısı Yuliya Solnseva qardaşı barədə danışarkən onun çox vətənpərvər olduğunu deyib:

“Bir dəfə evdə söhbət edəndə dedi ki, Yuliya, inanırsan, biz Qarabağı azad edəcəyik. Mən də inanmırdım, deyirdim ki, uşaqdır, qoy danışsın. Dedi ki, Yuliya, elə gün olacaq, biz səninlə, uşaqlarla Şuşaya çay içməyə gedəcəyik. Mən də onun arzusunu yerinə yetirdim. Uşaqlarla getdik, Şuşanı gəzdik, çay da içdik”.

Şəhidin bacısının sözlərinə görə, qardaşı döyüşlərdə komandirdən irəlidə gedər, heç nədən qorxmazdı:

“Komandir deyirdi ki, Dmitriy həmişə qabağa gedirdi, ürəyi çox böyük idi, heç nədən də qorxmurdu. Dmitriy həmişə komandirinə “sən qabağa gedərsən, sənə nəsə olsa, mən burada heç kimi özümlə apara bilmərəm. Amma mən qabağa getsəm, sən bizi apararsan” deyirdi”.

Yuliya Solnseva qardaşının şəhid olması xəbərini necə öyrənməsi barədə də danışıb:

“Bizə məlumat oktyabrın 24-ü axşam gəldi. Mən rəfiqəmgildə idim. Birdən yaxın qonşum zəng etdi və tez məhləyə gəlməli olduğumu dedi. Uşaqla gələndə gördüm ki, maşından hərbi formada boyu uzun bir kişi çıxır. Elə bildim ki, qardaşımdır. Dima deyərək qışqıra-qışqıra qaçdım. Yaxınlaşanda gördüm ki, o deyil.

Qonşu dedi ki, Dima şəhid olub. Mən bunu heç vaxt eşitmək istəmirdim. Dimanı başqa cür, əlində bayraqla gözləyirdim. Dima gələndə yolu həmişə açıq olsun, şirin olsun deyə qonşulara, tanışlara konfet paylayacaqdım. Amma qismət olmadı”.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 158 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 158 baxış
Seçilmişlər
icon