Rusiyada "Ərik Acısı" serialının çəkilişləri davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı aktyorlar Rusiya serialında çəkiliblər. Onlar Rusiyanın “Domaşni” telekanalının sifarişi ilə “CP Cinema” şirkəti tərəfindən çəkilən “Ərik acısı” serialında rol alıblar.
Ekran işində Əməkdar artist Hüsniyə Mürvətova, aktyor-model Rüstəm Cəbrayılov və Fuad Şabanov çəkiliblər. Serialın quruluşçu rejissoru Aleksandr Moxovdur.
Serialın ssenarisinə əsasən, baş qəhrəman Annaya doğuşdan sonra ürək transplantasiyası tələb olunur. Çətin əməliyyatı Türkiyə xəstəxanasında edirlər. Donor isə qəzada vəfat etmiş qadın olur – Camal adlı qəhrəmanın həyat yoldaşı. Bunu öyrənən Camal Anna ilə tanış olmaq qərarına gəlir. Əsas hadisələr də bundan sonra başlayır.
Serialın üzümüzə gələn televiziya mövsümündə tamaşaçılara təqdim olunacağı bildirilir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
