Pleyeri seçin:

Rusiyalı kosmetoloqdan smartfonlarla bağlı təcili çağırış

18 may 2025 847 baxış

Smartfonlardan həddindən artıq istifadə xarici görünüşə təsir edir.

Bu barədə rusiyalı kosmetoloq və dermatoloq Olqa Andriyanova “Gazeta.ru”ya müsahibəsində danışıb.

“Yatmazdan əvvəl sosial şəbəkələri nəzərdən keçirdiyiniz, rəfiqənizlə yazışdığınız və seriala baxdığınız pozaya diqqət yetirin, başınızı aşağı salmış vəziyyətdə olursunuz. Bunun nəticəsində boyun nahiyəsində qırışlar və ikinci buxaq əmələ gəlir, üz dərisinin sallanması prosesi güclənir.

Görünüşdəki bu cür dəyişikliklər “kompüter boynu” və ya “telefon boynu” adlanır. Əvvəllər bu hal daimi olaraq kompüter arxasında işləyən insanlar üçün xarakterik idi. İndi isə buna smartfondan çox istifadə edən hər ikinci şəxsdə rast gəlinir”, ‒ deyə Olqa Andriyanova bildirib.

Bundan əlavə, smartfonlardan aktiv istifadə qırışların yaranmasına və daimi göz yüklənməsi səbəbindən göz qapaqlarının dərisinin qocalmasına səbəb olur. Nəticədə, daha çox yorğun gözlər, partlayan kapilyarlar və gözlərin altında qara dairələr ortaya çıxır. Bütün bunlar insanı daha yaşlı göstərir və üzü qocaldır.

Bundan əlavə, smartfonlardan istifadə sızanaqların yaranmasına da səbəb ola bilər. Çünki telefonu üzünüzə sıxaraq patogen mikrofloranın yapışmasını təhrik edə və yanaq nahiyəsində sızanaqların əmələ gəlməsinə şərait yarada bilərsiniz. Buna görə də smartfonunuzu mütəmadi olaraq spirtli salfetlə silmək vacibdir.

Bütün yuxarıda deyilənlərin yekunu olaraq, kosmetoloq smartfonlardan istifadəyə sərf olunan vaxtı azaltmağı məsləhət görüb. O bildirib ki, bunun əvəzinə açıq havada daha çox vaxt keçirməyə, idmanla məşğul olmağa və yaxınlarınızla ünsiyyət qurmağa çalışın.

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 847 baxış
Seçilmişlər
icon