Sabah hava şəraiti necə olacaq? | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin noyabrın 8-i axşam bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq ərazilərdə isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
