Şagirdlərin aqibəti necə olacaq? | Valideynlər danışdı
Bakı Fransız Liseyi yeni tədris ilindən fəaliyyətini dayandırır.
Bu barədə təhsil müəssisəsi tərəfindən liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərilib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər valideynlərin istəyi ilə Bakıdakı dövlət və özəl müəssisələrə yerləşdiriləcək.
Bakı Fransız Liseyindən bildirilib ki, 320 şagird üçün nəzərdə tutulan məktəb bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb. Bu günə qədər liseyə 200 nəfərdən artıq şagird qəbulu olmayıb. Bu isə öz növbəsində məktəbin rentabelliliyinə ciddi şəkildə təsir göstərib.
Təsisçi öz büdcəsindən hər il Bakı Fransız Liseyinin fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb. Bu səbəbdən də liseyin bundan sonrakı fəaliyyətinin davam etdirilməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib. Müvafiq qərar iyul ayının 1-dən qüvvəyə minəcək.