Sakinlər bu problemdən cana doyub | "Maşın buna görə düşüb qırıldı..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.
Xüsusilə Şəmkir rayonunun Çənlibel kəndi ərazisindən keçən hissədə sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır.
Yoldan mütəmadi istifadə edən sakinlərin sözlərinə görə, çala-çuxurlar və asfalt örtüyünün olmaması hərəkəti təhlükəli edir.
“Yol yoxdur, evə getmək üçün yanında sellofan gəzdirməlisən ki, maşınlar su etməsin”, – deyə sakinlərdən biri bildirib.
Digər sakin isə yolun vəziyyətinin Gədəbəy rayon mərkəzinə qədər bərbad olduğunu qeyd edib:
“Bu yolu bir neçə dəfə gedib-gələndən sonra mütləq avtomobili təmir etdirmək lazım gəlir. Yağışlı havada çala-çuxurlar görünmür, maşınlar da məcbur qalıb onların içi ilə hərəkət edir”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şəmkir-Gədəbəy avtomobil yolunda, o cümlədən Çənlibel kəndindən keçən hissədə mövcud vəziyyət nəzərə alınaraq cari təmir işlərinin aparılması planlaşdırılır.
Qurumun məlumatına görə, hava şəraiti asfalt-beton örtüyünün keyfiyyətli bərpasına imkan verən səviyyədə sabitləşdikdən sonra həmin ərazidə yaranmış qüsurlar aradan qaldırılacaq və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə təmir işlərinə başlanılacaq.
#Şəmkir teqi istifadə olunub
- "Dedi, get müavinin yanına" | Vətəndaşı qovan idarə rəisi niyə işdən çıxarıldı? - Baku TV
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- “Mənim evimə əxlaqsızı gətirmə!” | Şəmkirdə şok hadisə: “Vurub dedi ki, səni öldürəcəyəm!” - Baku TV
- Şəmkirdə dəhşətli hadisə: Valideynini təhdid edən oğul evi yandırdı? - Baku TV CANLI
- 1 illik KT cihazı artıq işləmir... | Yaranan problemin arxasındakı səbəb nədir? - Baku TV
