Sakinlərə hava ilə bağlı xəbərdarlıq | Paytaxta leysan yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 5-dən 6-na keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bölgələrdə müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraitinin mayın 7-si gündüzədək davam edəcəyi gözlənilir. Fasilələrlə yağıntılı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
