Pleyeri seçin:
Səfərbərlik Xidmətində 5 rəis vəzifəsindən azad olundu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş İdarələrinin rəisləri tutduqları vəzifədən azad olunub.
Bu barədə Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.
Vəzifəsindən azad olunan idarə rəisləri – Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir.
Kopyalandı
#Vəzifədən azad edilmə teqi istifadə olunub
