Səfərbərlik Xidmətinin Naxçıvan idarəsinə yeni rəis təyin edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi polkovnik Mirzə Cəlilov tutduğu vəzifədən azad olunub.
Onun yerinə isə polkovnik Elmar Tağıyev təyin edilib. O, bu müddətə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə çalışıb və 2019-cu ildə ölkə prezidentinin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ləğv edilməsi ilə bağlı fərman imzalayıb. Xidmətin əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı
- “Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV
- Ölkənin müxtəlif bölgələrində qəhrəmanların xatirəsi ehtiramla yad edildi - Baku TV
- Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV
- Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT
