Pleyeri seçin:
Şəhidlik arzusuna çatan Səbuhi Sadıqovun anasına son sözü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV Vətən müharibəsi şəhidi Səbuhi Sadıqovun ailəsini ziyarət edib.
Şəhidin anası Yeganə Əliyeva oğlunun cəbhəyə yollanarkən ona dediyi son sözdən danışıb: “Qapıdan çıxanda məni qucaqlayıb dedi ki, nişanlıma deyərsən, ona haqqımı halal edirəm, ailə qursun, xoşbəxt olsun”.
Şəhidin atası Rövşən Sadıqov isə Səbuhinin şəhid olmaq arzusundan bəhs edib: “Dostlarına deyirmiş ki, müharibəyə gedəcəyəm, amma şəhid olacağam. Məhəlləyə gələndə görürdüm ki, dostları ilə oturub söhbət edir. Məni görən kimi gülürdülər. Heç demə, deyirmiş ki, şəhid atası gəldi”.
Kopyalandı
