“Sənətimi İran İslam Respublikasının olmayacağı günlərə saxlayıram” | Ququş
Yeniliklərdən dərhal xəbərdar olun
“Sənətimi İran İslam Respublikasının artıq mövcud olmayacağı günlərə saxlamaq istəyirəm”.
Bunu türkəsilli iranlı müğənni Ququş “Associated Press”ə verdiyi müsahibədə deyib.
“İran gəncləri və qadınları özlərinin ən təbii hüquqları, o cümlədən geyim və ifadə azadlığı və normal həyat yaşamaq hüququ uğrunda mübarizə aparırlar. İran xalqı təmiz su, təmiz hava və yaşaya biləcəyi torpaq uğrunda mübarizə aparır. Gənclərimiz cavanlıqlarının dadını çıxara bilmədən qocaldılar”, – müğənni bildirib.
Ququş vurğulayıb ki, İran xalqı bu ağrılı dövrə son qoymalı, hər bir insanın haqqı olan azadlıqları əldə etməlidir.
“47 ildir həyatımıza nəzarət edə bilmirik. Nə planlaşdırdıqsa, olmadı, nə baş verdisə, planlaşdırılmamışdı. Mən də istisna deyiləm”, – sənətçi əlavə edib.
#İran teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
