Pleyeri seçin:

Şengen vizasını onlayn alacaqsınız

16 iyun 2023 343 baxış

Pasportlara yapışdırılan vizalar 2D ştrix-kod şəklində rəqəmsal viza ilə əvəz olunacaq.

Avropa İttifaqı Parlamenti və Aİ Komissiyası Şengen zonasına daxil olan ölkələr üçün viza prosedurunun rəqəmsallaşdırılması ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

Qüvvəyə minməzdən əvvəl rəsmi təsdiq edilməli olan saziş Şengen vizası üçün müraciət edənlərin əksəriyyətinə əməliyyatlarını onlayn şəkildə həyata keçirməyə imkan verəcək. Vizaları mobil cihazlara yükləmək mümkün olacaq.

Viza ərizəçiləri internet üzərindən bir çox dillərdə müraciət edə, həmçinin vizalarını mobil cihazlara yükləyə biləcəklər. Sloveniyalı deputat Majtaz Nemec “Müraciət edənlər artıq daha asan, daha ucuz və daha sürətli viza prosedurlarından faydalanacaqlar”, – deyə bildirib.

Həmçinin İsveçin İmmiqrasiya Naziri Maria Malmer bildirib ki, yeni qərar vizaların kopyalanması, saxtalaşdırılması riskini daha da azaldaraq Şengen bölgəsinin təhlükəsizliyini artıracaq. Bəs bunun üçün hansı şərtlər tələb olunur?

Müraciət edənlər yalnız ilk dəfə viza üçün müraciət etdikdə, biometrik məlumatları etibarlı olmadıqda və ya yeni pasporta malik olduqda şəxsən konsulluğa getməli olacaqlar.

Bir şəxs birdən çox Şengen ölkəsinə səfər etmək istədikdə platforma qalma müddətindən asılı olaraq hansı ölkənin müraciətə baxmağa cavabdeh olduğunu avtomatik olaraq müəyyən edəcək.

Turizm məqsədilə 6 ay ərzində maksimum 90 gün müddətinə verilən Şengen vizası 22 Avropa Birliyi ölkəsi ilə yanaşı, İslandiya, Norveç, Lixtenşteyn və İsveçrədə də istifadə olunur. Aİ üzvü olsalar da, İrlandiya, Bolqarıstan, Rumıniya və Kipr Şengen zonasına daxil deyil.

2025-ci ilə qədər bütün viza prosedurunun rəqəmsallaşdırılması nəzərdə tutulub. Bu qərarın növbəti 5 ildə daha çox turistin müraciət etməsinə səbəb olacağı da gözlənilir.

TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?

TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
İlin sonunadək gözlənilən proqnozlar

İlin sonunadək gözlənilən proqnozlar

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR

Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV

Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
"Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı

"Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV

İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?

Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV

Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV

“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
“Hər işi mənə gördürüb” deyən baristaya kofeşopdan hansı cavablar gəldi? - Baku TV CANLI

“Hər işi mənə gördürüb” deyən baristaya kofeşopdan hansı cavablar gəldi? - Baku TV CANLI

Cəmiyyət
19 oktyabr 2026 343 baxış
Seçilmişlər
icon