Pleyeri seçin:
Sərhədçilərimiz qondarma gerb olan nərdtaxtanı buraxmadı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 28-də Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçmək istəyən daha bir erməniəsilli şəxsdə üzərində qondarma element təsvir olunan əşya aşkarlanıb.
Bu barədə “Report”un ərazidə müşahidə aparan əməkdaşı məlumat verib.
Belə ki, keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında Qarabağdakı qondarma rejimin gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərdtaxta müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.
Kopyalandı
#Laçın postu teqi istifadə olunub
- Laçın postu ilə bağlı statistika açıqlandı: Laçın postundan kimlər keçib?
- BMT günahsız insanların ölümünə niyə susur?
- 30 ildən sonra Qarabağa gələn BMT missiyasının "Laçın" postundan keçidi
- Ruben Vardanyan “Laçın” postunda saxlanıldı: Bakıya gətirilir
- Xankəndidəki partlayışın nəticələri: yaralanan ermənilər İrəvana aparılır
