Sevindirib 3 ay sonra məktəb tikdilər, amma… | Qubada valideynlər çıxılmaz vəziyyətə düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonu Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbin valideynləri təhsil ocağında işıq və istilik sisteminin olmamasından şikayətçidirlər.
Valideynlər problemlər səbəbindən uşaqlarını dərsə göndərmirlər.
“Keçən il siz gəlib çəkdiniz. Sonra bizi sevindirib 3 aydan sonra məktəb tikdilər. Ancaq sevincimiz axıra kimi davam etmədi. Dekabr ayıdır, havalar soyuyub. Uşaqları 4-5 gündür məktəbə getməyə qoymuram, çünki xəstələnirlər”, – deyə kənd sakini narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, adıçəkilən məktəbin istiliklə təchizatı kombi sistemi vasitəsilə həyata keçirilir:
“Təhsil müəssisəsinin elektrik enerjisi ilə təchizatı ilə bağlı sənədləşmə işlərində problem yarandığı üçün istiliklə təminatda fasilə yaranıb. Hazırda problemin həlli istiqamətində aidiyyəti qurumla birgə iş aparılır. Məsələnin qısa zamanda həll olunması üçün zəruri tədbirlər görülür”.
#Məktəb problemi teqi istifadə olunub
- 2025-ci ildə bu rəqəm 6 milyona yaxın olub
- Şagirdlərin partada 3-3 oturması valideynlərin narazılığına səbəb olub - Baku TV CANLI
- “33 uşağı salıb dar bir yerə, nə etsinlər?!" - Masallıdakı məktəbdə nə baş verir? - Baku TV
- "Çoxu fəhlədir burada, necə aparsınlar?!" | Məktəblə bağlı problem əhalini qəzəbləndirdi - Baku TV
- Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür
