Silahlı hücum təşkil edən şəxs saxlanıldı: DTX-nin əməliyyatı ilə bağlı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin Hüseyinzadə barəsində verdiyi vəsatətə baxılıb.
“Trend.az” xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparan Hüseyinzadə soyadlı şəxs 2023-cü ilin noyabrında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakıda olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərk-silah edilib.
Saxlanılan şəxs Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
