Pleyeri seçin:

"Silə bilmirlər, indi də..." | Kreditdən qurtulmaq istəyənlərin başına necə oyun açırlar? - Baku TV

01 sentyabr 2026 126 baxış

Sosial şəbəkələrdə “Borclarınızı silirik” başlığı ilə elan yayan səhifələrə diqqət yetirmək lazımdır.

Bu cür səhifələr borcdan xilas olmaq istəyən şəxslərdən müəyyən məbləğdə pul və şəxsi məlumatlar tələb edirlər. Beləliklə, vətəndaş həm pulunu itirir, həm də şəxsi məlumatlarının ələ keçirilməsi riski ilə üzləşir.

Bəs vətəndaşlar bu cür saxta elanları necə ayırd edə bilərlər?

Bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, kredit müqaviləsi iki tərəf arasında bağlanır və üçüncü şəxslərin bu prosesə müdaxiləsi qanunvericiliyə ziddir:

“Kredit müqavilələri iki tərəf arasında bağlanmış müqavilələrdir. Bu müqavilələrdə müştəri və bank iştirak edir. Bu münasibətlərdə üçüncü şəxsin müdaxiləsi qanunvericiliyə ziddir.

Nəzərə almaq lazımdır ki, bütün kredit münasibətləri “Banklar haqqında” qanun və Mərkəzi Bankın müvafiq təlimatları ilə tənzimlənir. Hazırda bir çox dələduzluq halları mövcuddur. Bu hallarda vətəndaşların şəxsi məlumatlarının əldə edilməsi, onların şantaj olunması və əlavə gəlir əldə edilməsi məqsədilə müxtəlif üsullardan istifadə olunur.

Heç bir bank əməkdaşı sizdən şəxsi və ya təhlükəsizlik kodlarınızı tələb etmir. Həmçinin hər hansı xidmət göstərilməsi üçün əvvəlcədən üçüncü şəxslərə ödəniş etməyiniz tələb oluna bilməz.

Kreditlərlə bağlı hər hansı problem yaranarsa, birbaşa həmin bank və ya bank olmayan kredit təşkilatına müraciət etmək lazımdır. Bunun üçün qurumun rəsmi saytından və ya filiallarına yaxınlaşaraq yazılı şəkildə müraciət etmək tövsiyə olunur”.

Səbail sakinlərini narahat edən problemin səbəbi nədir? - Baku TV CANLI

Səbail sakinlərini narahat edən problemin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
“Bunu artırmasaq, oxu düzəlməyəcək” | Emin Əmrullayev məktəblərdəki tədrisdən danışdı - Baku TV

“Bunu artırmasaq, oxu düzəlməyəcək” | Emin Əmrullayev məktəblərdəki tədrisdən danışdı - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
“Sakinlər məhz buna görə narahatdır” | Səbaildə nə baş verir? - Baku TV

“Sakinlər məhz buna görə narahatdır” | Səbaildə nə baş verir? - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
Asfalt örtüyünün altında nə baş verir?

Asfalt örtüyünün altında nə baş verir?

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
Bakının yollarında görünməyən təhlükə | Asfalt örtüyünün altında nə baş verir? - Baku TV

Bakının yollarında görünməyən təhlükə | Asfalt örtüyünün altında nə baş verir? - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
Valideynlər bilmədən övladlarının sağlamlığını təhlükəyə atır? - Baku TV CANLI

Valideynlər bilmədən övladlarının sağlamlığını təhlükəyə atır? - Baku TV CANLI

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV

Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
III Beynəlxalq Opera Festivalı keçirilir - Baku TV

III Beynəlxalq Opera Festivalı keçirilir - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV

Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 126 baxış
Girdimançayın üzərindən keçən körpünün taleyi necə olacaq? - 24 SAAT

Girdimançayın üzərindən keçən körpünün taleyi necə olacaq? - 24 SAAT

Cəmiyyət
07 sentyabr 2026 126 baxış
Seçilmişlər
icon