Sirab su anbarının içində taxıl əkildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bura 1979-cu ildə yaradılan Sirab su anbarıdır. Ümumi tutumu 12.7 milyon kubmetr olan bu anbarda hazırda heç yarım milyon kubmetr su yoxdur. Vəziyyət o həddə çatıb ki, yaxın ərazilərdə, yəni göl yatağında vətəndaşlar taxıl əkiblər.
Yaxınlıqda olan 10 kəndin sakini isə quyularında suyun olmamasından şikayətlənir. Düşünürlər ki, Sirab gölündə su olarsa, onlar həm içməli həm də suvarma suyundan əziyyət çəkməzlər. “Bu göl 10 ildir ki, boşdur. Əgər gölə su vurulsa, 5-6 kəndin quyusu buradan qidalanar. Heç olmasa yarıya qədər doldurulmalıdır ki, bizim su problemlərimiz həll olunsun”, – deyə kənd sakini qeyd edib.
Məsələ ilə əlaqədar Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilib ki, su anbarında suyun az olmasının səbəbi quraqlığın olması ilə əlaqədardır.
#Bölgə xəbərləri teqi istifadə olunub
- 10 min əhalisi olan kənddə bağça problemi | “Bir dənə də bağça yoxdur” - Baku TV
- Şabranda bu yol sürücülər üçün təhlükəli vəziyyət yaradır - Baku TV
- "Uşaqları çiyində aparırlar" | Zərdabda kənd sakinlərini bezdirən problem - Baku TV
- Şabranda sürüşmə davam edir | Əhali üçün təhlükəli vəziyyət - Baku TV
- "Palçıq evin içinə girib, belə yol olar?!" | Mərkəzi küçə niyə bu halda qalıb?
