Pleyeri seçin:
Şirvanda 14 saylı məktəb bağlanır?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan rayonunda yerləşən şəhid Milli Qəhrəman Rafael Həbibov adına 14 saylı tam orta məktəbin bağlanacağı barədə məlumat yayılıb.
Valideynlər iddia edirlər ki, bir neçə gündür məktəbəqədər hazırlıq qruplarına və 1-ci sinfə onlayn qəbul dayandırılıb. Onların sözlərinə görə, təhsil ocağının bağlanmasına səbəb kimi şagird sayının az olması göstərilir.
Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı Gülay Qambayzadə bildirib ki, iddialar əsassızdır, sözügedən məktəbdə tədris davam edir.
Qeyd edək ki, 300 nəfərə yaxın şagirdin təhsil aldığı 14 saylı məktəb beynəlmiləl məktəb hesab olunur və Şirvan şəhərində rus və Azərbaycan dilində təhsil verən 2 təhsil ocağından biridir.
Kopyalandı
#Şirvan teqi istifadə olunub
- Şirvanda oğurluq hadisəsi | 35 yaşlı şübhəli saxlanıldı - Baku TV
- 5 qadının aqibəti necə oldu? - Qorxunc hadisədən sonra restoran bağlandı - Baku TV
- "Baku TV"nin süjetindən sonra qurumlar hərəkətə keçdi - Baku TV
- Şirvanda bıçaqlanma hadisəsi | Araşdırma aparılır - Baku TV CANLI
- "Azərsilah"ın Şirvandakı zavodunda baş verən partlayışla bağlı təcili xəbər - CANLI
