Pleyeri seçin:

“Siz kim olduğumu bilməməlisiniz” | Şirvanda işçilər aylardır əməkhaqlarını ala bilmir - Baku TV

11 may 2026 18 baxış

Şirvan şəhərindən olan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edib.

Onların sözlərinə görə, “Raise-Range Technology” adlanan podratçı şirkətlə müqavilə bağlayaraq işə başlayıblar. Bir neçə ay əməkhaqlarını alan işçilər sonradan problemlə üzləşdiklərini bildirirlər.

“Atam onkoloji xəstədir, pula ehtiyacım var. Əziyyət çəkmişik, səhər saat 7-dən gəlib işləmişik. Bizim haqqımızı niyə kəsirlər?!”, “Dörd ayın əməkhaqqını ala bilməmişəm. Deyirlər ki, əlimizdə sənədlər var, pulu ödəmişik”, – deyə şikayətçilər bildiriblər.

Vətəndaşların sözlərinə görə, sifarişçi şirkətin əməkdaşı olan Əlirza adlı şəxs podratçı şirkətə ödənişlərin həyata keçirildiyini və sənədlərin olduğunu deyib. Amma Baku TV-nin çəkilişi zamanı ərazidə olan şəxs suallardan müxtəlif bəhanələrlə yayınmağa çalışıb.

Qeyd edək ki, sifarişçi şirkət olan “Litosfer” MMC ilə “Raise-Range Texnology” MMC arasında Şirvan şəhəri “Araz” zavodu ərazisində işlərin yerinə yetirilməsinə dair xidmət və alqı-satqı müqaviləsi bağlanıb.

Məsələ ilə bağlı sifarişçi şirkətdən Baku TV-yə bildirilib ki, ödənişlər müqavilə üzrə mərhələli şəkildə həyata keçirilib. Lakin işlərin faktiki yerinə yetirilib-yetirilməməsi ilə bağlı 2026-cı ilin 31 mart və 2 aprel tarixlərində aparılan yoxlamalar zamanı bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkarlanıb.

Açıqlamada o da qeyd olunub ki, “Litosfer” MMC-nin “Raise-Range Texnology” MMC-yə borcu yoxdur və əksinə, külli miqdarda artıq ödənişlər həyata keçirilib və bu barədə təsdiqedici sənədlər mövcuddur. 

“Ən azı hörmətsizlikdir” | Şadlıq saraylarında siqaret çəkmək olarmı? - Baku TV

“Ən azı hörmətsizlikdir” | Şadlıq saraylarında siqaret çəkmək olarmı? - Baku TV

Cəmiyyət
11 may 2026 18 baxış
"Sanki qəlbimdə iki Heydər Əliyev yaşayır" | Polad Bülbüloğlu xatirələrini danışdı - Baku TV

"Sanki qəlbimdə iki Heydər Əliyev yaşayır" | Polad Bülbüloğlu xatirələrini danışdı - Baku TV

Cəmiyyət
11 may 2026 18 baxış
Zəhmətkeş arılar iş başında | Oğuzdan görüntülər

Zəhmətkeş arılar iş başında | Oğuzdan görüntülər

Cəmiyyət
11 may 2026 18 baxış
Psixoloji problemlərdən çıxış yolu | “Mayak”la həyatınızı dəyişə bilərsiniz - Baku TV

Psixoloji problemlərdən çıxış yolu | “Mayak”la həyatınızı dəyişə bilərsiniz - Baku TV

Cəmiyyət
11 may 2026 18 baxış
Xankəndi şəhərində WUF13 çərçivəsində festival keçirilib - Baku TV

Xankəndi şəhərində WUF13 çərçivəsində festival keçirilib - Baku TV

Cəmiyyət
11 may 2026 18 baxış
Həftənin ilk günü hava necə olacaq? - Dövlət Xidmətindən əhaliyə xəbərdarlıq - Baku TV

Həftənin ilk günü hava necə olacaq? - Dövlət Xidmətindən əhaliyə xəbərdarlıq - Baku TV

Cəmiyyət
10 may 2026 18 baxış
Effektiv həllər tapılır, yoxsa risk artır? - Nəqliyyatla bağlı nəticələr necə olacaq? - XÜLASƏ

Effektiv həllər tapılır, yoxsa risk artır? - Nəqliyyatla bağlı nəticələr necə olacaq? - XÜLASƏ

Cəmiyyət
10 may 2026 18 baxış
Gələcəyin zabitləri necə yetişir? | Hərbi liseydə bir gün - Baku TV

Gələcəyin zabitləri necə yetişir? | Hərbi liseydə bir gün - Baku TV

Cəmiyyət
10 may 2026 18 baxış
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? - "Böyük iz" sənədli filmi

Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? - "Böyük iz" sənədli filmi

Cəmiyyət
10 may 2026 18 baxış
"Sən çətin evlənəsən" | 2.20 m boyu olan oğlan niyə məşhur olmağın daşını atdı? - KƏNDİNƏ QAYIT

"Sən çətin evlənəsən" | 2.20 m boyu olan oğlan niyə məşhur olmağın daşını atdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
10 may 2026 18 baxış
Seçilmişlər
icon