Skuterə məcbur qalmışam | Nəqliyyat problemi necə həll ediləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərinin sakinləri nəqliyyat problemindən şikayətçidirlər.
Sakinlər marşrut avtobuslarının sayının az, intervalın isə çox olduğunu, axşam saat 7-dən sonra isə ümumiyyətlə avtobus tapmaqda çətinlik çəkdiklərini deyirlər.
“Hamının taksidən istifadə etməyə imkanı yoxdur. Əsasən də yaşlılar, iş müddəti çox olanlar bu problemdən əziyyət çəkirlər”, – deyə sakinlər narazılıq bildiriblər.
Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, yaz-yay mövsümü ilə əlaqədar avtobusların sayının artırılması, intervalın isə azaldılması nəzərdə tutulur.
Saat 21:00-dan sonra marşrutların işləməsinə gəlincə isə qurumdan bildirilib ki, sərnişin sıxlığı qeydə alınarsa, bu istiqamətdə müvafiq addımlar atılacaq.
#İctimai nəqliyyat teqi istifadə olunub
- "Arxadan sıxışdırırıq, axı o da..." | Avtobusda gərginlik | "Hamı bir-birinin belində..." - Baku TV
- Şəhər böyüyür, yollar daralır | Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - XÜLASƏ
- Tələbələrə nəqliyyatda yeni güzəşt | Xərclərin bir hissəsi geri qaytarılacaq? - Baku TV
- "Hər gün davadır" | "Şamaxinka"da izdiham | "Dünən bundan da betər idi" - Baku TV
- Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV
