SOCAR əməkdaşları xeyirxah aksiyada fəallıq göstərib
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Dövlət Neft Şirkətinin baş ofisinin inzibati binasında növbəti qanvermə aksiyası keçirilib.
Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara köməklik göstərilməsi məqsədilə könüllü olaraq “Qan ver, həyat xilas et!” devizi altında keçirilən xeyirxah aksiyada hər il olduğu kimi bu il də SOCAR əməkdaşları fəallıq göstəriblər.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun tibb personalının iştirakı ilə həyata keçirilən aksiyada “SOCAR Tower”də çalışan əməkdaşlar qan veriblər.
Qeyd edək ki, SOCAR “Talassemiyasız həyat naminə” proqramına 2009-cu ildən qoşulub və aksiyalarda ümumilikdə şirkətin 41 min nəfərə yaxın əməkdaşı iştirak edib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
