Son 20 ildə Bakıda neçə park yenidən bərpa olundu? | Bu küçələrdə təmir işləri yekunlaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
İqlim dəyişmələri ilə mübarizənin başlanğıcı hesab edilən COP29-a hazırlıq prosesi qısa çəksə də, ölkəmiz bu işin də öhdəsindən layiqincə gəlib.
Paytaxtda bir sıra küçələr, tarixi abidələr, binalar, parklar abadlaşdırılıb. “28 May” stansiyasının qarşısındakı ərazi də piyadalar üçün münbit zonaya çevrilib, oturacaqlar salınıb, ağaclar və kollar əkilib. Həmçinin digər parklarda da abadlaşdırma işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov bildirib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, son 20 il ərzində Bakı şəhəri ərazisində 300-ə qədər park əsaslı təmir olunub və ya yenidən qurulub:
“Hazırda paytaxt ərazisində Mərkəzi Nəbatat Bağında, Mərdəkan qəsəbəsində Dendrologiya Bağında əsaslı təmir, yenidənqurma işləri aparılır. Mərkəzi Parkın üçüncü hissəsində genişləndirmə, abadlıq işləri görülür”.
#Bakı Şəhər İcra Hakimiyyəti teqi istifadə olunub
- BŞİH-in qarşısında civəli termometr bərpa edilib
- Uzun illər şəhərin tanınan elementlərindən olan civəli termometr yenidən köhnə yerində - Baku TV
- Yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün texnikalar cəlb olunub - Baku TV
- Bakıda vəziyyət nəzarətdən çıxdı | Qurumlar gücləndirilmiş iş rejiminə keçdi - Baku TV
- Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi
