Son 9 ayda neçə əkiz uşaq dünyaya gəlib? | Statistika açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ilin doqquz ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
Belə ki, yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələrində 36 651 nikah və 15 964 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5 faizdən 4,5 faizə, boşanmaların sayı isə 2,2 faizdən 2,1 faizə düşüb.
Cari ilin 9 ayında isə 77 172 körpə doğulub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə azalaraq 11,2 faizdən 10,1 faizə düşüb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47 faiz olub. Körpələrdən 2 514-ü əkiz, 102-si üçəm və 4-ü isə dördəm doğulub.
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 43 932 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9 faizdən 5,7 faizə düşüb.
#Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi teqi istifadə olunub
- Prezidentdən sərəncam | Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi kim təyin edildi?
- Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV
- Ədliyyə naziri ekspertiza sahəsində iş yükünün kəskin artdığını bildirib - Baku TV
- “Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV
- Gəncədə bu silah-sursatları kim gizlədib?
