Pleyeri seçin:

Son günlərdə baş verən terrorun səbəbi nədir? - Maraqlı faktlar

25 mart 2024 827 baxış

"Terrorçu təşkilatlar arasında da rəqabət gedir. Hansısa terror təşkilatı bir ölkədə qətliam törədirsə, digər terror təşkilatı rəqibindən və ya müttəfiqindən geri qalmamaq üçün başqa məkanda terror aksiyasi planlaşdırma həvəsinə düşə bilər. Bu həm də maliyyənin kimə çatacağı ilə əlaqəlidir.

“Əl-Qaidə” lideri Üsamə Ben Laden müxtəlif ölkələrdə real “nəticə” əldə edə bilən qrupları maliyyələşdirirdi. Misal üçün, Üsamə Ben Laden 2001-ci ildə ABŞ-də terror planlaşdıran qrupun “nəticə” əldə edə biləcəyini yəqin etdikdən sonra planın reallaşması üçün həmin qrupa maliyyə ayırdı".

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İŞİD-ə bağlı qrup Moskvada konsert salonuna terror hücumu təşkil etdikdən iki gün sonra Sankt-Peterburqda böyük ticarət mərkəzi boşaldıldı:

"Böyük ehtimalla, Rusiyanın kəşfiyyat xidmətləri həmin ticarət mərkəzinə də terror hücumunun mümkünlüyü barədə məlumat əldə edib. Moskvadakı terror hücumundan sonra Fransada da ən yüksək səviyyəli terror təhlükəsi elan olunub. Deməli, Suriya və İraqda ağır zərbələr alan terrorçu qruplar Moskvadakı terror hücumundan ruhlanaraq başqa ölkələrdə aksiyalar keçirmək üçün hərəkətə keçiblər.

Bu arada Dövlət Təhlükəsizlik Xidmətinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı terror planlaşdıran şəxsi həbs etməsi də diqqəti çəkir. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatdan aydın olur ki, terroru planlaşdıran şəxs müxtəlif rayonlarda yaşayan şəxsləri də bu işə cəlb etməyə çalışıb.

Bu, millət vəkili Fazil Mustafaya qarşı təşkil edilən terror hücumuna bənzəyir. Həmin hadisədə də terroru planlaşdıranlar müxtəlif şəxsləri bu işə cəlb etmişdilər, hətta içərilərində keçmiş polis zabitindən tutmuş keçmiş hərbçiyə qədər vətəndaşlarımız var idi.

Lənkəran icra hakiminə qarşı terroru planlaşdıran qrup Azərbaycanın rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşlarına qarşı da sui-qəsd həyata keçirməyi planlaşdırıb.

Azərbaycan rayonlarında ingilis dilini öyrədən könüllülər əsasən ABŞ vətəndaşlarıdır. ABŞ-nin Sülh Korpusu Təşkilatının könüllüləri müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanın müxtəlif rayonlarında da ingilis dilini tədris edirlər. Onlar eyni zamanda özləri də Azərbaycan dilini öyrənirlər.

Fikrimcə, ingilis dilini tədris edən ABŞ vətəndaşlarına qarşı terror ideyası bunu həyata keçirmək istəyən şəxsə kənardan ötürülüb. Terror ümumi bəladır. Ancaq bəzi dövlətlər terror vasitəsilə hədəf seçdiyi ölkəyə qarşı istifadədən çəkinmir".

"Göbəkləri açıq gəzirlər, gələcək analarımız xəstədir" | Yediyimiz qida düşüncəmizi dəyişir? - AMİN

"Göbəkləri açıq gəzirlər, gələcək analarımız xəstədir" | Yediyimiz qida düşüncəmizi dəyişir? - AMİN

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
“Ağlı başında olan fikirləşər ki...” | Bir anda varlanmaq istəyənlər necə tələyə düşür? - Baku TV

“Ağlı başında olan fikirləşər ki...” | Bir anda varlanmaq istəyənlər necə tələyə düşür? - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
Qaz çəkilib, amma əhali hələ də zülm çəkir | “Belə şey olmaz, biz də adam kimi yaşayaq!” - Baku TV

Qaz çəkilib, amma əhali hələ də zülm çəkir | “Belə şey olmaz, biz də adam kimi yaşayaq!” - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV

Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
Metroda əsaslı təmir işləri noyabrda başa çatacaq

Metroda əsaslı təmir işləri noyabrda başa çatacaq

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI

Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
Metrodan istifadə edənlər mütləq bilsin | Bu stansiyada hansı işlər görülür? - Baku TV

Metrodan istifadə edənlər mütləq bilsin | Bu stansiyada hansı işlər görülür? - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
İşsizlik dalğası gəlir, yoxsa yeni peşələr yaranır? - AKTUAL GÜNDƏM

İşsizlik dalğası gəlir, yoxsa yeni peşələr yaranır? - AKTUAL GÜNDƏM

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
Sakinlərin həyatı cəhənnəmə dönüb | "Qorxu içindədirlər, o qədər dolub ki..." - Baku TV

Sakinlərin həyatı cəhənnəmə dönüb | "Qorxu içindədirlər, o qədər dolub ki..." - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
Qonşusuna aldanan qadın görün necə çıxılmaz vəziyyətdə qaldı - Baku TV CANLI

Qonşusuna aldanan qadın görün necə çıxılmaz vəziyyətdə qaldı - Baku TV CANLI

Cəmiyyət
17 sentyabr 2026 827 baxış
Seçilmişlər
icon