Söyüdlüdə qızıl çıxarılmasının dayandırılması Nazirlər Kabinetinə təklif ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Gədəbəyin Söyüdlü kəndinin yaxınlığında yerləşən göl 2011-2012-ci illərdə tikilib. Orada olan bəndlərin dayanıqlığı ilə bağlı ciddi yoxlamaların aparılması zəruridir”.
Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
“Beynəlxalq şirkətlərin monitorinqə dəvət olunması üçün danışıqlar aparılması nəzərdə tutulur. Mövcud tullantı anbarının istismar imkanlarının 3 aydan çox olmadığı, ikinci anbarın tikilməsinə razılıq olmamasını nəzərə alaraq müəssisənin işinin cari təmir və ətraf mühitinin sağlamlaşdırılması tədbirlərinin aparılması üçün dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bununla bağlı Nazirlər Kabinetinə təklif veriləcək”, – deyə nazir qeyd edib.
#Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi teqi istifadə olunub
- ”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV
- “Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
- ETSN və FHN vətəndaşları məsuliyyətli davranmağa cağırıb - Baku TV
- Nazir müavini plastik tullantıların idarə edilməsinin vacibliyini vurğuladı - Baku TV
- "Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV
