Sürət həddini nəzarətdə saxlayın! | BDYPİ-nin əməkdaşından mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin yağmurlu olacağı, bəzi dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Proqnozlar mövsümə uyğun olsa da, yollarda xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülər əlverişsiz hava şəraitində daha diqqətli olmalıdırlar.
Gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir.
#Əlverişsiz hava teqi istifadə olunub
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Sakinlərə xəbərdarlıq: Paytaxtda hava kəskin dəyişəcək? - Baku TV CANLI
- Əlverişsiz havada sükan arxasında nələrə diqqət etməliyik? - Baku TV CANLI
- İmtahan əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb - Baku TV
- "İldırımdan qorunmaq üçün bunları edin" | FHN əhaliyə xəbərdarlıq etdi - Baku TV
