Sürücülər bu hava şəraitinə hazır olsun | BDYPİ-dən sürücülərə çağırış - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti sürücülərdən daha diqqətli və məsuliyyətli olmağı tələb edir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirmək, sürət həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək tövsiyə edilir.
"Xüsusilə yağış zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır. Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir", – deyə məlumatda vurğulanıb.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV
- Saxta cərimə mesajları yayılır | Kart məlumatlarınızı necə qoruya bilərsiniz? - Baku TV
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
