Sürücülərin nəzərinə | NİİM-dən yağışlı hava barədə vacib müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşib və bu səbəbdən məhdudiyyətlər tətbiq edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu barədə məlumat yayıb.
Qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Problemlə bağlı mərkəz tərəfindən aidiyyəti üzrə məlumat verilib.
Bundan başqa, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
#Yağışlı hava teqi istifadə olunub
- Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI
- Sabah evdən çıxanlar çətirlərini götürməyi unutmasınlar - Baku TV CANLI
- Bu ərazilərdə hava kəskin dəyişəcək | Milli Hidrometeorologiya Xidməti məlumat yaydı - Baku TV CANLI
- DYP əhaliyə yağışlı hava ilə bağlı xəbərdarlıq etdi
- "Qatarların qrafikində kənara çıxma halları ola bilər" | Bəxtiyar Hacıyev
