Taksofonlar tarixə qovuşur? - "Bunlar hələ də qalmalıdır, çünki..."
Yeniliklərdən dərhal xəbərdar olun
Bir vaxtlar heç kimin mobil telefonu yox idi. Hamı bir-biri ilə məhz taksofonlar vasitəsilə əlaqə saxlayırdı. Bəzən bir zəng bir evi sevindirirdi, bəzən də uzaqları yaxın edirdi.
İndi hər kəsin cibində bir telefon var. Bu köhnə taksofonları isə artıq xatırlayan belə qalmayıb.
Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar taksofonlardan istifadəyə ehtiyac qalmadığını deyiblər.
“Tələbə vaxtı istifadə etmişəm. Dara düşəndə lazım olurdu”, “Metroda jeton atıb qızlara zəng edirdik” – sakinlər bildiriblər.
Xatırladaq ki, Bakıda ilk taksofonların quraşdırılması 1935-ci ilə təsadüf edir. Həmin illərdə çox sayda telefon stansiyası tikilsə də, cəmi 20 ədəd taksofon quraşdırılıb. Zaman keçdikcə taksofonların sayı artmağa başlayıb, köhnələri isə yeni nəsil cihazlarla əvəz edilib. Hazırda sakinlər həm köhnə, həm də yeni nəsil taksofonlara şəhərin müxtəlif yerlərində rast gələ bilərlər.
