Təhlükəli hallara qarşı... | Formula 1 marşalları ilə təlim necə aparılır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Formula 1” üzrə Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində iyulun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Nazirliyin Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınların qarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradan qaldırılması üçün marşalların bilik və bacarıqlarının artırılmasıdır.
Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200-ə yaxın marşal iştirak edib ki, onlardan 60 nəfəri FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri olub.
Qeyd edək ki, növbəti “Formula 1” üzrə Azərbaycan Qran-Prisi bu il sentyabrın 19-21-də paytaxt Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30-dan çox xüsusi texnikası və 400-ə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
