Cəmiyyət
Pleyeri seçin:
Tək oğlu şəhid olan ananın 30 il sonra qızı oldu | ARZUNUN VAXTI
Vətən müharibəsi şəhidi Rəşad Mikayılzadənin bir müddət öncə dünyaya gələn bacısı xəstəxanadan evə buraxılıb.
Ailə evə getməzdən əvvəl körpə ilə birlikdə ilk olaraq şəhidin məzarını ziyarət edib.
“Bacın ilk səni görməyə gəldi. O, sənin adını yaşadacaq, oxuduğun məktəbə gedəcək. Hamıya deyəcək ki, Rəşad mənim qardaşımdır, o qəhrəmandır”, – deyə şəhidin anası Nailə Mikayılova oğlunun məzarı başında söyləyib.
Qeyd edək ki, şəhid Rəşad Mikayılzadə evin tək övladı idi.
Kopyalandı
Seçilmişlər