Tələbələr bunu etməyə məcbur deyil | Universitetlərlə bağlı vacib məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal hökumət quruculuğu üzrə operator vəzifəsini daşıyır”.
Bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov jurnalistlərə açıqlamasında deyib.
Rəşad Xalıqov deyib ki, rəqəmsal hökumət quruculuğu çərçivəsində kağızsız hökumətə keçid üçün bır sıra silsilə layihələr icra olunur:
“Bu layihələrdən biri də Elm və Təhsil Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə ali təhsil müəssisələrinə qeydiyyat zamanı tələbələrdən hansısa kağız daşıyıcının tələb edilməməsi üçündür. “portal.edu.az” platforması vasitəsilə tələbələr təhsilin müxtəlif pillələrinə qeydiyyat zamanı hər hansı sənəd hazırlamaq, eyni zamanda universitetlərə fiziki daşıyıcı da sənəd təqdim etmək məcburiyyətində deyillər. Müvafiq informasiyalar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən formalaşdırılmış “Digital Bridge” infrastruktur həlli vasitəsilə inteqrasiyalı şəkildə “portal.edu.az”a təmin edilir”.
#İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi teqi istifadə olunub
- İnvestorlar üçün yaradılan bu yeni imkanlar bazara necə təsir edəcək? - Baku TV
- İnnovasiya ekosistemində yenilik | Agentlik sədri təsdiqlənən qanun layihələrindən danışdı - Baku TV
- “İKT ixracı potensialının 1 milyard dollara çatdırılmasını hədəfləyirik” | Fərid Osmanov
- Kibertəhlükəsizlik komandalarının final seçimi keçirilib - Baku TV
- “mygov” ilə sənədlərim hər zaman üstümdə” | İRİA-dan yeni videoçarx - Baku TV
