“Tələblərimiz artacaq” | Nazirdən müəllimlərin sertifikasiya imtahanı ilə bağlı açıqlama - Baku TV
“Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi həyata keçiriləcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
“Yaxın həftə və aylarda ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək. Yeni çərçivələr əvvəlkindən əsaslı şəkildə fərqlənməyəcək, lakin müəyyən dəyişikliklər olacaq”, – deyə nazir qeyd edib.
E.Əmrullayev bildirib ki, xüsusilə ibtidai sinif müəllimlərinin oxuyub-anlama bacarıqlarına daha çox diqqət yetiriləcək:
“Bu, xüsusilə ibtidai sinifdə oxu ağırlıqlı olacaq. Bizim üçün ibtidai siniflərdə tədris edən müəllimlərin oxuyub-anlama bacarıqlarının yüksək olması çox vacibdir. Çünki əks halda uşaqlara onu öyrədə bilmirlər”.
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
