Pleyeri seçin:

Telman İsmayılov hansı məşhur müğənnini restorandan qovdu?

14 noyabr 2023 426 baxış

Tanınmış Azərbaycanlı iş adamı, bir müddət öncə müflis olan Telman İsmayılov vaxtilə sahib olduğu “Praqa” restoranında tanınmış ingilis müğənnisi və bəstəkarı Robbi Vilyamsı təhqir edərək səhnədən qovub.

Bunu jurnalist, aparıcı Otar Kuşanaşvili qatıldığı bir şou proqramında xatırladıb. O.Kuşanaşvili deyib ki, T.İsmayılov Moskvada bizneslə məşğul olduğu vaxtlarda paytaxtda “Praqa” adında restoranı var idi.

O.Kuşanaşviliyə həmin restoranda yeni il şənliyini aparmaq həvalə edilib. O, yeni il şənliyinə dəvət edilən və qonarar kimi bir çamadan pul alan Robbi Vilyamsı T.İsmayılovun bəyənmədiyini, buna görə də səhnədən qovduğunu söyləyib:

“Mənə Telman İsmayılovun köməkçisi dedi ki, yeni il şənliyinə tanınmış bir artist dəvət olunub. Onun kim olduğunu bilmirdim. Köməkçi söylədi ki, artisti qarşılayandan sonra onu qrim otağına aparmalıyam və orada olan bir çamadan pulu artistə verməliyəm.

Tapşırıldığı kimi artisti restoranın qarşısında qarşıladım. Avtomobildən düşən tanınmış ingilis müğənnisi Robbi Vilyams idi. Mən çox sevindim və həyəcan keçirdim ki, ömrümdə ilk dəfə belə bir insanı yaxından izləyəcəyəm. Robbi Vilyamsın ifasını Telman İsmayılov da izləyirdi. Amma Robbi iki musiqi ifa etdikdən sonra T.İsmayılov əsəbiləşdi”.

Otar xatırlayır ki, tanınmış müğənninin ifasını bəyənməyən T.İsmayılov onun haqqında təhqiramiz ifadələr işlətməyə başlayıb:

“T.İsmayılov “mən buna pul vermişəm ki, bunun sifətinə baxım” deyərək əsəbiləşdi. Xidmət göstərənlər Robbinin məhşur şəxs olduğunu, onu çox insanın dinləmək istədiyini bildirsələr də, Telman İsmayılov ayağa qalxaraq əsəbi halda Robbini səhnədən qovdu”.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 426 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 426 baxış
Seçilmişlər
icon