Təqsirləndirilən şəxs məhkəməyə hərbi formada gəldi | Hakim irad tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
“Bravo” hipermarketinə silahlı basqında təqsirləndirilənlərin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesin ilkin mərhələsi barəsində ev dustaqlığı ilə qətiimkan tədbiri seçilən qazi Babək İsgəndərova iradla başlayıb. Hakim onun hərbi geyimlə məhkəməyə gəlməsinə irad tutmaqla yanaşı, onu məhkəməyə yalan danışmaqda ittiham edib.
İstintaqla məlum olub ki, təqsirləndirilən Babək İsgəndərova Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 144.3-cü (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddəsi ilə cərimə tətbiq edilsə də, həmin cəriməni ödəməyib.
Hakim Azad Məcidov onun 44 günlük müharibədə iştirakçı olmasının törətdiyi cinayətə aidiyyəti olmadığını bildirib və Tərtər Hərbi Məhkəməsindən hökmün surətini alıb probasiya xidmətinə təqdim etməyi məsləhət bilib.
Prokur isə Babək İsgəndərova tətbiq olunan cərimə cəzasının 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən verilən aministiya aktının təsiri altına düşdüyünü xatırladıb.
Təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları növbəti prosesə, iyulun 12-nə kimi təxirə salınıb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
