Terror vaxtı bir qız qışqırıb yardım istədi | Kamil hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı azərbaycanlı olduğu deyilən Kamil Nəsibov 100-dən çox insanı xilas edib.
O, həmin binada ofisiant işlədiyini və hadisə günü işdə olduğunu bildirib.
Onun sözlərinə görə, iş saatı bitdikdən sonra çölə çıxanda güllə səsləri eşidib. Əvvəlcə qorxsalar da, sonra dostları ilə bərabər binaya geri qayıdıb, insanları xilas etmək qərarına gəldiklərini açıqlayıb:
“İnsanları axtararkən yerdə fənəri yanan telefona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Bu an telefon zəng çaldı, Kamilla adı yazılmışdı. Telefonu açdım və bir qızın qışqıraraq yardım istədiyini eşitdim. O, dəhşət içində idi. Dedi ki, ətrafdakı hər şey yanır və özü də ikinci mərtəbədədir. Bundan sonra ikinci mərtəbəyə onu axtarmağa qalxdım.
Qatı tüstü və ətrafdakı yanğının kəskin iyi mənə də təsir etmişdi. Nəfəsim daralırdı, artıq yeriməkdə çətinlik çəkirdim. Binadan məni xilasedicilər çıxardı və Kamillanın da sağ olduğunu biləndə sevindim. Yerdən tapdığım telefonu da ona qaytardım”.
Xatırladaq ki, martın 22-də Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş verən terror zamanı 137 nəfər həlak olub, 182 nəfər xəsarət alıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
