Pleyeri seçin:

Təsəllimi ancaq məzarından alıram | 18 il yolunu gözlədiyi oğlu şəhid olan ana

16 oktyabr 2024 277 baxış

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalan igidlərdən biri də Ağaquliyev İlkin Saməddin oğludur.

İlkin Ağaquliyev 44 günlük müharibə zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmən mövqeyinə hücum zamanı şəhid olub.

O, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə” görə medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Şəhidin anası Safura Ağaquliyeva 18 ildən sonra dünyaya gələn və ailənin yeganə övladı olan İlkinin qəhrəmanlığından danışıb.

O bildirib ki, oğlu uşaq yaşlarından Vətən eşqi ilə böyüyüb: “Deyirdi ki, səni şəhid anası edəcəyəm. Dərsdən gələndə həmişə bu mahnını oxuyurdu: “ya Qarabağ, ya ölüm”. Deyirdim ki, sən hələ uşaqsan, Qarabağın nə olduğunu haradan bilirsən?! Deyirdi, siz bilmirsiniz ki, Qarabağ nədir”.

S.Ağaquliyevanın sözlərinə görə, İlkin müharibənin başlayacağını öncədən bilirdi: “Döyüşlərə gedəcəyini, erməniləri məhv edəcəyini və şəhid olacağını söyləyirdi. Həmişə deyirdi ki, iki qaşımın ortasından vurulacağam. Elə də oldu. İndi təsəllimi ancaq oğlumun məzarından alıram”.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 277 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 277 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 277 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 277 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 277 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 277 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Seçilmişlər
icon