Pleyeri seçin:

Tibb müəssisələrində narahatlıq yaradan mənzərə | "Bunlar həm xəstəlik yaradır, həm də..." - Baku TV

05 avqust 2026 221 baxış

Son günlər dövlət xəstəxanalarında tibbi tullantıların idarə olunması ilə bağlı sosial şəbəkələrdə və vətəndaş müraciətlərində müxtəlif iddialar səsləndirilir. Bildirilir ki, bəzi tibb müəssisələrində tullantıların utilizasiyası ilə bağlı müqavilələrin müddəti başa çatıb.

Baku TV məsələni araşdırmaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasında olub.

Xəstəxanadan bildirilib ki, məsələ ilə bağlı yalnız rəsmi sorğu əsasında məlumat verilə bilər.

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasında aparılan müşahidələr zamanı tibbi tullantıların müvəqqəti saxlanıldığı anbarın qapısının açıq olduğu və ərazidə kəskin qoxunun hiss edildiyi müşahidə olunub.

Həkim Adil Qeybullanın sözlərinə görə, tibbi tullantılar xüsusi qaydalara uyğun saxlanılmalıdır:

“Təhlükəli tibbi tullantılar – iynələr, kəsici materiallar və bioloji tullantılar insanların və heyvanların əlçatan olduğu açıq ərazidə saxlanıla bilməz. Onların qapalı və nəzarət olunan məkanda mühafizəsi vacibdir”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Respublika Neyrocərrahiyyə Xəstəxanasında tibbi tullantıların idarə olunması qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir. Tibbi tullantılar yarandığı yerdəcə növlərinə uyğun çeşidlənir, xüsusi təyinatlı qablaşdırılmalarda toplanır və müvəqqəti saxlanılması üçün ayrılmış konteynerlərdə təhlükəsiz şəraitdə mühafizə olunur.

“Çəkiliş zamanı tibbi tullantıların müvəqqəti saxlanıldığı konteynerin qapısının açıq olması, tullantıların qəbul edilməsi və daşınmaya hazırlanması prosesi ilə əlaqədar yaranmış qısamüddətli texniki hal olub və daimi xarakter daşımır. Konteyner xəstəxananın nəzarət olunan ərazisində yerləşir. Əraziyə giriş-çıxış nəzarət altındadır. Tibbi tullantılar xüsusi təyinatlı qablaşdırılmalarda saxlanılır və sanitar-gigiyenik tələblərə əməl olunur”, – deyə qurumdan qeyd olunub.

Kopyalandı
Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 221 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 221 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 221 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 221 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 221 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 221 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 221 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 221 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 221 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 221 baxış
Seçilmişlər
icon