Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, Qaradağ rayonu 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan həkimlərdən, tibb bacılarından və digər əməkdaşlardan təmir işləri adı altında pul yığılır.
İddialara görə, hər bir əməkdaşdan aylıq 10 manat ödəniş tələb olunub və həmin vəsaitlərin stansiyanın müdiri Bünyat Haqverdiyevin köməkçisi olduğu bildirilən Fərqanə Gülbalayevanın bank kart hesabına köçürülməsi istənilib.
Stansiyanın bölmə müdiri Bünyat Haqverdiyev isə bildirib ki, məsələ ilə bağlı TƏBİB tərəfindən araşdırma aparılıb və hər hansı qanun pozuntusu aşkar edilməyib:
"Bu məsələ TƏBİB tərəfindən araşdırılıb və aydınlaşdırılıb. Əsaslı hər hansı fakt müəyyən edilməyib. Həmin görüntülərin sosial şəbəkələrdə konkret olaraq kim tərəfindən paylaşıldığını adbaad deyə bilmərəm. Hazırda iş prosesi normal qaydada davam edir. Burada heç bir pul yığımı hadisəsi baş vermir".
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
