Toğanada turistlər üçün hər cür şərait yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yay sezounu ilə bağlı Gəncəbasar bölgəsində mövcud olan istirahət mərkəzlərinin qiymətləri müəyyənləşib. İstirahət məqsədilə turistlər daha çox Gəncənin Hacıkənd qəsəbəsinə, o cümlədən, Göygölün Toğana kəndinə üz tutur. Bu gün sözügedən bölgədə yay turizminin inkişafı fərdi şəkildə aparılmaqdadır. Müxtəlif sahibkarlar tərəfindən təbiətin ən mənzərəli yerlərində koteclər tikilib və müasir mebellərlə təhciz olunub. Qiymətlərə gəlincə isə koteclərin qiymətləri otaqlarına görə dəyişir. Başqa sözlə desək, bu ilki yay mövsümü üçün Toğanada istirahət etmək istəyənlər bir gecəyə 1 otağa görə 40 manat, 3-otağa görə 70 manat ödəməlidir. Bəzi hallarda bu rəqəm 100 manata da çatır.
Rəsmi statistkaya görə, 3 ay mövsüm ərzində adıçəkilən turistik bölgələrə 100 mindən artıq turist gəlir. Buna səbəb Göygölün də yaxınlıqda yerləşməsidir. Gələnlər sırasında əcnəbilərin də sayı durmadan artır. Ötən il bu məkanlara təxminən, 4 mindən artıq turist gəlib.
Ərazidə koteclərlə yanaşı, gündəlik yemekxanalar da fəaliyyət göstərir. Bu yeməkxanaları 10 və ya 20 manat ödəməklə gün ərzində icarəyə götürmək olur.
