Pleyeri seçin:

Toy və yas kimi mərasimlərdən şəkil paylaşsanız, bunlara diqqət edin! - Baku TV

28 fevral 2026 650 baxış

Artıq toy və yas mərasimlərində çəkilən şəkil və videoların sosial şəbəkələrdə yayılması hüquqi məsuliyyət yarada bilər. Eləcə də açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.

Bu, Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub. Bundan sonra kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.

Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, şəxsin cəmiyyətdəki nüfuzuna, hörmətinə və mənəvi dəyərlərinə xələl gətirən, onu gözdən salan görüntülərin yayılması qanunla qadağandır. Belə hallarla üzləşən şəxslər məhkəməyə müraciət edərək görüntülərin sosial şəbəkələrdən və digər informasiya vasitələrindən silinməsini, həmçinin təzminat ödənilməsini tələb edə bilərlər:

“Əgər yayılan materiallarda təhqir və ya böhtan tərkibi yoxdursa, məhkəmə işin faktiki hallarını və şəxsin fərdi xüsusiyyətlərini nəzərə alaraq təzminat tələbinin təmin olunmasına qərar verə bilər. Bu zaman üzr istənilməsi və görüntülərin silinməsi öhdəliyi də qoyula bilər. Lakin görüntülərdə təhqir və ya böhtan əlamətləri olarsa, həmin şəxslər 1000 manatdan 1500 manatadək cərimə edilə bilərlər. Ağırlaşdırıcı hallarda isə 6 ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.

Banner
5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

Cəmiyyət
05 noyabr 2026 650 baxış
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 650 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 650 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 650 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 650 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 650 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 650 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 650 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 650 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 650 baxış
Seçilmişlər
icon