“Qiymətləri endirdik, yenə gələn yoxdur” | Toya maraq niyə bu qədər azalıb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir.
Sakinlər hesab edirlər ki, böyük toy mərasimləri əvəzinə daha kiçik və sadə məclislərə üstünlük vermək daha məqsədəuyğundur.
Onların sözlərinə görə, xüsusilə gənclərin maddi imkanlarının məhdud olması toy xərclərini qarşılamağı çətinləşdirir.
“Ən yaxşısı 50 nəfərlik toydur. Çox xərc çəkməyə ehtiyac yoxdur. Böyük toy məclisi artıq şeydir”, – deyə sakinlərdən biri mövzu ilə bağlı keçirilən sorğu zamanı söyləyib.
Restoran inzibatçıları da müştəri sayında azalma olduğunu bildirirlər. Onların sözlərinə görə, şadlıq evlərində menyu qiymətlərinə müəyyən endirimlər tətbiq olunsa da, əvvəlki tələbatı bərpa etmək mümkün olmayıb.
Bəzi məkanların hətta fəaliyyət istiqamətini dəyişərək mərasim evi kimi işləməyə üstünlük verdiyi qeyd olunur.
#Toy məclisi teqi istifadə olunub
- Toy və yas kimi mərasimlərdən şəkil paylaşsanız, bunlara diqqət edin! - Baku TV
- “Bu qədər yas saxlamaq...” | Məhərrəm ayında toy etmək olar? - Sakinlər danışdı
- Toylarla bağlı gözlənilməz qadağa | Bunu edənlər həbs olunur
- 10 övlad, 50 nəvəsi olan nənə və baba evləndi - ARZUNUN VAXTI
- Uzun illər sonra Xankəndidə toy şənliyi | Qohum sevincini bizimlə bölüşdü
