Türkiyədən Azərbaycana dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində deyib.
“Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar, biz də bunun tərəfdarıyıq”, - deyə H.Akar qeyd edib.
Azərbaycanın savaşının haqlı olduğunu hər yerdə nümayiş etdirməyin vacibliyini deyən nazir vurğulayıb ki, başda NATO platformaları olmaqla bütün beynəlxalq tədbirlərdə bu, səsləndirilir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
