Ukraynada məşhur azərbaycanlılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bir ildən çoxdur Rusiyanın hücumu fonunda dünyanın diqqət mərkəzində olan Ukraynada yaşayan azərbaycanlıların humanitar yardımlarda fəallığı, həmçinin bu ölkənin vətəndaşı olan soydaşlarımızın döyüşlərdə xüsusi igidliyi mütəmadi diqqət çəkib.
Bununla yanaşı, Ukraynada müxtəlif sahələrdə statuslara malik həmyerlilərimiz də var. Budəfəki süjetimizdə onlardan bir neçəsi ilə tanış olmaq fürsəti əldə edəcəksiniz.
70 ilə yaxındır Ukraynada yaşayan tibb elmləri doktoru, cərrah Məmməd Bağırov döş-qəfəs cərrahiyəsi sahəsində yüksək nüfuza malikdir. Onu həmçinin cərrahi əməliyyat üçün Avropanın müxtəlif ölkələrinə dəvət edirlər.
Polkovnik Mürşüd Xəlilov isə 30 ildən çoxdur Ukraynada yaşayır və bu ölkənin hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışıb. Müxtəlif cəzaçəkmə müəssisələrində rəis, Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin isə idarə rəisi olub.
Pərviz Nəsibov isə Ukraynada idman sahəsində tanınmış şəxsdir. Bu ölkəni güləş üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edən və 2-ci yeri tutan P.Nəsibov Prezident Volodimir Zelenski tərəfindən də mükafatıandırılıb.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
