Pleyeri seçin:
Ukraynada Rusiya hərbçilərinin öldürdüyü azərbaycanlılar dəfn edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Çörək dalınca getmişdilər. Taleh elə gətirdi ki, belə oldu. Mal yüklənirmiş, komendant saatına düşüb, maşını vurublar”.
Bu sözləri Ukraynada Rusiya hərbçilərinin öldürdüyü Ramiz Qədirovun atası Abuzər Qədirov deyib.
“5 ay idi ki, orada idilər. Alverlə məşğul olurdular, vurulanda da pomidor alıb gətirirlərmiş”, – deyə o bildirib.
Qeyd edək ki, avqustun 13-də gecə saatlarında Rusiya Ordusuna məxsus tank Azərbaycan vətəndaşları Əzizov Orxan Mahir oğlu və Qədirov Ramiz Abuzər oğlunun olduğu meyvə-tərəvəzlə dolu avtomobilin üzərindən keçib. Hadisə zamanı hər iki şəxs həlak olub. Həmvətənlərimizin nəşi avqustun 17-də yaşadıqları Zərdab rayonunun Məmmədqasımlı kəndinə gətirilib və orada torpağa tapşırılıb.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
