Ulu Öndərlə bağlı xatirələrini bölüşən xalça ustası
Yeniliklərdən dərhal xəbərdar olun
Həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəyə rəbərliyi zamanı Gəncəyə dəfələrlə səfər etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlı bu şəhərdə xeyli müəssisə var.
Gəncədə ulu öndərlə bağlı xatirələri olanlar da az deyil. Onların arasında 30 il Gəncə Xalça Kombinatında çalışmış Mobil İmanovun xatirələri xüsusilə seçilir.
Onun ümummilli liderlə bağlı unudulmaz xatirələrindən biri isə düz 43 il əvvəl bu gün Heydər Əliyevin adını daşıyan park kompleksində baş verib. Sovet dövründə “Xatirə parkı” adlanan bu parka ilk ağac 1980-ci ildə ulu öndərin iştirakı ilə əkilmişdi. Həmin tədbirdə iştirak edən M.İmanov indi tez-tez bu parka gələrək həmin ağacların kölgəsində oturub, keçmiş günləri yad edir.
“Martın 3-də bütün Gəncə bu parka toplaşdı. Heydər Əliyev tapşırıq verdi ki, burada ağac əkilsin. Daha sonra dedi ki, Gəncənin rəmzi çinardır. İndi altında oturduğumuz əzəmətli çinarı Heydər Əliyev özü əkib”, – deyə o qeyd edib.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
